"Kəpəz"in məşqçisi: "Öyrəndiklərimizi işimizdə tətbiq edəcəyik"

13:11 - 19 Sentyabr 2017

“Kəpəz”in 16 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi İlkin Verdiyev AFFA-nın təşkil etdiyi məşqçilərin UEFA B kursunu uğurla başa vurub.

 

Sportal.az xəbər verir ki, bununla da o, müvafiq lisenziyaya yiyələnib.

 

Gənc mütəxəssis B kateqoriyası alması ilə bağlı sevincini klub saytı ilə bölüşüb: 

 

“İmtahandan uğurla keçdiyim və lisenziya aldığım üçün şadam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ötən il C kateqoriyasını müvəffəqiyyətlə bitirmişdim. Bundan sonra fikrim B kurslarında iştirak etmək idi. Kurslarda bizlər üçün dəyərli biliklər verilir. Bilmədiyimiz yenilikləri öyrənirik, məşqçilik sahəsində inkişaf etməyə çalışırıq. Öyrəndiklərimizi də işimizdə tətbiq edəcəyik. İndi məqsədim A lisenziyasını almaqdı”.

Xəbər xətti