"Kəpəz" "Səbail" üçün başladı

17:09 - 21 Sentyabr 2017

Topaz Premyer Liqasının VI turunda “Səbail” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”a qarşı son çempionat matçından (0:2) sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib. “Sarı-göylər” dünəndən məşqləri bərpa ediblər.

 

Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. “Kəpəz”in bu günə olan məşqi saat 17:00-da başlayacaq.

Xəbər xətti