Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”la oyunda (0:2) zədələnərək əvəzlənən “Kəpəz”in futbolçusu Viktor Oseqheylin durumu yaxşıdı.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinə qarşı matçda əzələsi dartılan hücumçu məşqlərdə tam gücü ilə iştirak edir.
Klubun tibbi personalından verilən məlumatda, Viktorun məşqçilər korpusunun qərarına əsasən qarşıdakı oyunda meydana çıxa biləcəyi qeyd edilib.
saytlarin hazirlanmasi