“Olmayan oyun haqda danışmaq çox çətindi”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. “Sarı-göylər” Topaz Premyer Liqasının VI turunda səfərdə “Səbail”ə minimal hesabla məğlub olub.
Oyundan sonra baş tutan mətbuat konfransında Diniyev fikirlərini bildirib: “Komanda psixoloji təsir altındadı və bu mövsüm ən pis oyunlarımızdan birini sərgilədik. Çox ağır vəziyyətə düşmüşük. Ümumiyyətlə, elə bir vəziyyətdəyik ki, bundan çıxmaq çətin olacaq. Ammma irəli baxmalı və növbəti oyunlarımızı fikirləşməliyik”.
- Dediniz ki, komandada psixoloji vəziyyət yerində deyil. Bu, turnir cədvəlindəki yerlə bağlıdı, yoxsa komandada maliyyə problemləri var?
- Yox, turnir cədvəlində olduğumuz yer bizi narahat edir. Futbolçular rahat oynaya bilmirlər, çox təzyiq altındadırlar.
- Hakimlərə tez-tez etiraz edirdiniz. Bu nə ilə bağlı idi?
- Sadəcə, artırılan vaxt məni qane etmədi. Hakimlər oyunu yaxşı idarə etdilər, pis olmadı. Düşünürəm ki, oyuna 7 dəqiqə vaxt artırılmalı idi.
saytlarin hazirlanmasi