PSJ-nin oyunundan əvvəl terrorun qarşısı alınıb

10:44 - 4 Oktyabr 2017

Fransa Liqasının 7-ci turunda keçirilən PSJ – “Bordo” oyunundan əvvəl terror aktının qarşısı alınıb.

 

Sportal.az xəbər verir ki, oyunun keçirildiyi “Parc de Prence” stadionunda mobil telefon zəngi ilə işə salınmağa hazır olan bomba tapılıb. Fransa polisi hadisə ilə bağlı 5 şübhəli şəxs saxlayıb.

 

Qeyd edək ki, PSJ - "Bordo" matçını (6:2) 47 min azarkeş izləyib.

Xəbər xətti