"Kəpəz"də ciddi itki: "Neftçi"yə qarşı oynamayacaq

11:57 - 16 Oktyabr 2017

Gəncənin "Kəpəz" klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev Şəhriyar Əliyevin xidmətindən məhrum olub.

 

Belə ki, 24 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Zirə" ilə oyunun 82-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Şəhriyar vərəqə limitini doldurub. Mövsümün 4-cü xəbərdarlığını alan müdafiəçi IX turda "Neftçi"yə qarşı oynamayacaq.

 

Qeyd edək ki, "Zirə" ilə hər iki oyunda sarı vərəqə alan Şəhriyar "İnter" və "Qarabağ"la matçlarda da cəzalınıb.

Xəbər xətti