"Kəpəz" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

18:05 - 17 Oktyabr 2017

Topaz Premyer Liqanın 9-cu turunda "Neftçi" ilə qarşılaşacaq "Kəpəz" bu oyununun hazırlıqlarına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gündən Bakıda məşqlərə başlayıb.

 

“Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşacaq. Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Neftçi" görüşü  oktyabrın 21-i saat 15:00-da başlayacaq.

Xəbər xətti