"Kəpəz" Gəncədə məşqə çıxdı

00:09 - 21 Oktyabr 2017

Topaz Premyer Liqasının 9-cu turunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" bu gün Gəncəyə gedib.

 

Sportal.az xəbər verir ki, komanda oyun öncəsi son məşqini matçın oynanılacağı Gəncə şəhər stadionunda keçirib. Bu, "sarı-göylər"in yenilənmiş meydanda ilk məşqi olub. Təxminən 50 dəqiqə davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. Məşqçilər heyəti futbolçuları çox da yormayaraq son tapşırıqlarını verib.

 

Xatırladaq ki, "Neftçi" ilə görüşdə Şəhriyar Əliyev cəzalı, Samba Diallo və İlkin Sadıqov isə zədəli olduğu üçün iştirak edə bilməyəcək.

Xəbər xətti