Şahin Diniyev: "Bu pillə Gəncə adına layiq deyil" MÜSAHİBƏ

18:18 - 21 Oktyabr 2017

"Məğlub olsaq da, komandadan razı qaldım. Oyundan-oyuna futbolçular yaxşı təsir bağışlayırlar".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. "Sarı-göylər" Topaz Premyer Liqasının IX turunda öz meydanında "Neftçi"yə minimal hesabla məğlub olub - 0:1.

 

Oyundan sonra baş tutn mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikilərini izh edib: "Birinci hissədə Viktor rəqib qapıçı ilə təkbətən çıxsa da, fərqlənə bilmədi. Əvəzində standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra çalışdıq ki, uzun ötürmələrdən yararlanaq. Futbolçular istəkli idi. Amma alınmadı. Bugünkü duruma görə komandadan razı qaldım. Diqqətimizi növbəti oyuna yönəltməli, sona qədər mübarizə aparmalıyıq. Stabil heyəti qurmaq vacibdi. Axtarışdayıq. Əlimizi yerə salıb, dayanmamalıyıq. Təkcə ölümə çarə yoxdu. Bugünkü məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Gec-tez bu durumdan çıxacağıq. Bizim də küçəmizdə bayram olacaq".

 

- Hakimlikdən razı qaldınız?

- Epizodun təkrarına baxmamışam, buna baxdıqdan sonra qərar verə bilərəm.

 

- Sonuncu pillədə qalmaq Şahin Diniyevin səbir kasasını nə vaxt daşıracaq?

- Şahin Diniyevdən əvvəl “Kəpəz” azarkeşləri var. Bu pillə Gəncə adına layiq deyil. Mən də bu vəziyyətlə barışmaq istəmirəm və barışmayacam. Başımızı salıb işləməliyik. Dekabra kimi dözüb müəyyən qədər fasiləyə yaxşı vəziyyətdə yollanmalıyıq. Heç bir səbəb axtarmırıq. İnanıram ki, vəziyyətdən çıxacağıq.

 

- “Qəbələ”ni udan “Kəpəz” var, bir də “Neftçi”yə məğlub olan “Kəpəz”. Bu gün komandanıza nə çatmadı?

- Stabil heyəti müəyyənləşdirə bilmirik, bu da oyunumuza təsir edir. Formalaşmış heyətin olması labüddü. Bu gün vəziyyət belədi, bununla barışmamalıyıq. Oyunçularım çalışdırlar, əl-ələ verib, bu acınacaqlı vəziyyətdən çıxacağıq. Başqa yolumuz yoxdu.

 

- “Kəpəz”in heyətinin ideal olmaması bəllidi. Qışda necə olacaq?

- “Neftçi”nin ehtiyatda olan 9 futbolçudan kaş 3-ü bizdə olaydı. Bu vəziyyətimizi görüb, qəbul etmişəm. İstefa vermək çox asandı, amma mən dəyişikliyə inanıram. Qışdan sonra müəyyən dəyişiklik olacaq. Maksimum 1-2 oyunçu cəlb edəcəyik.

 

- 5-6 səfər matçından sonra evdə oynadınız. Bir də bu vəziyyələ rastlaşsaz yenə razılaşacaqsız?

- Bu gün ilk dövrədəki 2 ev matçını udsaydıq, daha yaxşı yerdə olacaqdıq. Belə olan halda psixolji durumdan çıxardıq. Bu gün vəziyyət belədi. Meydançaya görə bu riskə dəyərdi. Bu vəziyyətdən mütləq çıxacağıq. Mayda da bu sözümün üstündə duracağıq. Hər uğursuzluqda bir uğur var.

Xəbər xətti