"Kəpəz"in zədəlisi komandaya qoşulur

12:37 - 26 Oktyabr 2017

Zədədən əziyyət çəkən “Kəpəz”in üzvü İlkin Sadıqovun vəziyyəti düzəlib.

 

Sportal.az xəbər verir ki, fərdi halda məşqlər edən gənc oyunçu sabahdan etibarən komanda ilə birgə hazırlıqlara qoşulacaq.

 

Heyətin digər futbolçusu Samba Diallo fərdi halda çalışsa da, onun müalicəsi bir müddət davam edəcək. Sambanın çempionatın növbəti matçında iştirakı gözlənilmir. 

 

Qeyd edək ki, "sarı-göylər" Topaz Premyer Liqasının növbəti turunda "İnter"lə  qarşılaşacaq.

Xəbər xətti