"Kəpəz"in Müşahidə Şurasında dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, “Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev geri çağırılır.
“Kəpəz” FK-nın Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi