"Kəpəz"də şok itki: 25 gün məşq edə bilməyəcək

12:22 - 31 Oktyabr 2017

“Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. Klubun tibb personalından kapazpfc.az saytına verilən məlumata görə, futbolçu təxminən 20-25 gün məşq edə bilməyəcək.

 

Diniyevin sağ dizi burxulub. Bundan əlavə menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə var.

Xəbər xətti