"Kəpəz" məşqlərə başladı

12:38 - 1 Noyabr 2017

Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.

 

Sportal.az xəbər verir, Gəncə klubu Bakıda məşq edir. “Sarı-göylər”in bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olub.

 

Sabahdan Gəncə klubu çalışmalarını Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçəcək. “Kəpəz” qarşıdakı 3 günü BOS-da məşq edəcək.

Xəbər xətti