“Kəpəz”in bir müddət zədəli olmuş futbolçusu Samba Diallonun vəziyyəti yaxşılaşıb.
Sportal.az xəbər verir ki, fərdi məşqlər edən yarımmüdafiəçi bu gündən komanda ilə birgə hazırlıqlara qoşulub. “Neftçi” və “Keşlə” ilə oyunları buraxan Samba “Qarabağ”a qarşı matçda “sarı-göylər”ə kömək edə biləcək.
Yüngül zədəsi olan İlyas Səfərzadə də artıq hazırlıq prosesində iştirak edir. “Keşlə” ilə görüşdə zədələnərək əvəzlənən Viktor Oseqeylin də problemi aradan qalxıb. Əzələ gərilməsi diaqnozu qoyulan hücumçu özünü yaxşı hiss edir və ev oyununa hazır olacaq.
Fərid Məmmədov isə Ağdam klubuna qarşı matçı kənardan izləyəcək. Klubun tibb personalından verilən məlumata görə, gənc futbolçunun zədəsi ciddidi. MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunub.
saytlarin hazirlanmasi