Topaz Premyer Liqasının XI turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” bu oyuna hazırlığın Bakı hissəsini bu gün başa vurub.
Sportal.az xəbər verir ki, həftənin əvvəlindən paytaxtda hazırlıq keçən “sarı-göylər”in oyun öncəsi son məşqi Gəncədə olacaq. Sabah Nizami yurduna gələcək komanda matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxacaq.
Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, sözügedən matç noyabrın 5-i, saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi