"Kəpəz"də istirahət başa çatdı

17:00 - 10 Noyabr 2017

Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan “Kəpəz” yenidən bir araya gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar. Gəncə komandası bu gündən hazırlığı bərpa edib. “Sarı-göylər” paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.

 

“Kəpəz” Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 18-də “Səbail”lə qarşılaşacaq.

Xəbər xətti