"Kəpəz"in futbolçusu ili başa vurdu

17:36 - 13 Noyabr 2017

“Kəpəz”in futbolçusu Fərid Məmmədov ilin yerdə qalan oyunlarında iştirak edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, zədəli olan gənc hücumçu qış fasiləsinə kimi müalicə olunacaq.

 
Xatırladaq ki, bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu. Zədə ağır olsa da, cərrahiyə əməliyyatına ehtiyac duyulmayıb. Fəridin müalicə prosesi 20 gün davam edəcək.   

Xəbər xətti