"Kəpəz" "Səbail"lə oyuna itkilərlə hazırlaşır

16:57 - 14 Noyabr 2017

Topaz Premyer Liqasının 12-ci turunda Gəncədə “Səbail”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyun üçün hazırlığını davam etdirir. 

 

Sportal.az xəbər verir ki, Bakıda məşq edən “sarı-göylər”in hazırlıq prosesi iki mərhələyə bölünüb. Əvvəlcə fiziki çalışmalar üzərində işləyən komanda son 4 gün ərzində taktiki-texniki məşqlərə diqqət ayıracaq.

 

Gəncə klubu qarşıdakı 2 gündə məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Hazırlıq prosesi saat 15:30-da başlayacaq.

 

Qeyd edək ki, soyuqdəymə səbəbindən Kamran Abdullazadə məşqlərdə iştirak edə bilmir. Sol çiyin qurşağında bağ gərilməsi olan Davud Kəriminin vəziyyəti isə normaldı.

Xəbər xətti