Topaz Premyer Liqasının 13-cü turunda Gəncədə “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bir günlük istirahətdən sonra məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, komandanın bu günə olan məşqi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. “Sarı-göylər”i məşqə yeni baş məşqçi Yunis Hüseynov çıxarıb.
Təxminən saatyarım davam edən hazırlıq prosesi isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb. Daha sonra futbolçular toplu məşqlər və taktiki-texniki tapşırıqlar üzərində çalışıblar.
saytlarin hazirlanmasi