"Kəpəz" Gəncədə məşqə çıxacaq

11:30 - 24 Noyabr 2017

“Kəpəz” Topaz Premyer Liqasında XIII turun oyunları çərçivəsində “Qəbələ” ilə keçiriləcək oyuna hazırlığın əsas hissəsini başa vurub.

 

Sportal.az xəbər verir ki, Bakıda 3 gün məşq etmiş Gəncə klubu matç öncəsi son hazırlığına qarşılaşmanın reallaşacağı şəhər stadionunda çıxacaq. Məşq prosesi saat 15:30-a təyin olunub.

 

Qeyd edək ki, məşq mətbuat və azarkeşlər üçün açıq olacaq. 

Xəbər xətti