Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Kəpəz” doğma meydanda “Qəbələ”ni qəbul edir.
Sportal.az xəbər verir ki, qarşılaşmanın ilk hissədində qalmaqal baş verib. Belə ki, meydan sahiblərinin azarkeşlərinin açdığı pankart qalmaqala səbəb olub. Gəncəli azarkeşlər “SS Düzəldəjih” yazılmış pankart açıb.
Polislər bunun qeyri-etik olduğunu əsas gətirərək plakatın yığışdırılmasını tələb edib. Azarkeşlər isə etiraz edərək tribunanı tərk ediblər.
Məsələ ilə bağlı “Xəmsə” azarkeş qrupunun rəhbəri Adil Məmmədov saytımıza açıqlama verib. Adil bəy bu şüarda qeyri-etik heç bir şeyin olmadığını və komaqndalarına sevgilərini nümayiş etdirdiklərini bildirib:
“Açdığımız pankartda qeyri-etik nəsə yoxdur. Şüarın açıqlaması “Sevə-sevə düzəldəcəyik" deməkdir. Biz “Kəpəz”i sevirik. Hamımız bir yerdə komandanı yaxşı yerlərə gətirmək istəyirik. Həmin pankartı açdıqdan sonra polislər müdaxilə etdilər. Bir mülki geyimli şəxs isə video kamera vasitəsilə azarkeşləri çəkirdi. Biz də etiraz olasraq tribunanı tərk etdik”.
saytlarin hazirlanmasi