Topaz Premyer Liqasında XIII turunda "Kəpəz" "Qəbələ"ni qəbul edib. Matç qonaqlarn qalibiyyəti ilə yekunlaşıb - 6:1
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb:
- Nədən başlayacağımı bilmirəm. Komandamız çox pis məğlub oldu. Bütün oyunlara əvvəldən baxırdım. Gəncənin çempionat oyunlarına baxmışdım. Bugünkü kimi zəif oyun görməmişdim. Həddindən artıq çox pis oynadıq. Bunun nəticəsi kimi uduzduq. Komandada iki əsas müdafiəçi və hücumçu oynamırdı. Bu da öz təsirini göstərdi. Futbolçularıma iradları bildirdim. Birinci oyunumuzda belə məğlub olmağı istəmirdim. Ancaq bu həyatdı. Azarkeşlərlə də görüşüb söz verdim ki, bu komandanı düzəldəcəm.
- Komandanın düzəlməsi üçün nədən başlamaq lazımdı?
- Gəlin bu sualların cavablarını sonraya saxlayaq. Yanvarda bir neçə futbolçu cəlb olunacaq. Əl-ələ verib komandanı düzəldəcəyik. Bu durumu dərk edib gəlmişəm. Oturmaq yox, işləmək lazımdır.
- Sizcə, erkən qola görə ruh düşkünlüyü var idi?
- Yeni məşqçi gəldikdə, futbolçu istər-istəməz istəkli olur. Onlar məşqçiyə özünü yaxşı tərəfdən göstərməyə çalışırlar. Bu amil də təsir edə bilər. Mən oyunçulara izah etdim, bu istəyi kənara qoymaq lazımdı. Elə epizod oldu ki, biz ilk dəqiqədən qol buraxdım. Mən qarşılaşmadan öncə uşaqlara dedim ki, ilk dəqiqələrdə bu epizoddan ehtiyyatlı olun. Elə bil hiss etmişdim. Düşündüyüm vəziyyətdə qol buraxdıq. Buna görə də, komandada ruh düşkünlüyü oldu. "Qəbələ"də fərdi şəkildə güclü futbolçular var. Elədyimiz səhvlərin qurbanı olduq. Uşaq səhvləri etdik. Bəlkə də, bu komanda belə səhvi heç vaxt etməyib.
- Rəhbərlik sizə futbolçular cəlb etmək barədə söz veribmi?
- O sərbəstlik mənə verilib. Kimi istəsək, onu trasfer edəcəyik. Ancaq yorğana gör ayağımızı uzatmalıyıq. Mən indidən araşdırmadayam. Xarici futbolçulardan 3-4 oyunçu cəlb etməliyik. Bunu nə dərəcədə bacaracağıq, zaman göstərəcək. Əziyyət çəkməliyik.
saytlarin hazirlanmasi