“Qələbə qazanmaq üçün istəkli idik. Avropa Liqasına vəsiqə qazanmaq üçün ən yaxın yol kubokdur. Futbolçularla danışmışıq, kubokda bacardıqca irəli getmək istəyirik".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun 1/8 finalında "Binə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyob.
O, kubokda finala yüksəlmək istədiklərini bildirib: "Desək ki, çempionat oyunlarında hamını məğlub edib 2-ci və ya 3-cü yeri tutacağıq, bu, yalan olar. Amma kubokda şanslarımızı dəyərləndirmək fikrindəyik. Finala kimi getmək arzusundayıq. Təbii ki, bunun necə olacağını zaman göstərəcək. “Binə”yə qarşı oyunun ilk hissəsi xoşuma gəlmədi. Komanda zəif çıxış etdi. Səhvlərimiz çoxdur, bunun üzərində işləməli və əziyyət çəkməliyik. Rəqibdən xoşum gəldi, yaxşı komanda qurublar. Onlara uğurlar arzu edirəm”.
saytlarin hazirlanmasi