Yunis Hüseynov: "Şanslar bərabərdir"

16:16 - 10 Dekabr 2017

“Yaxşı nəticə qazanmaq istəyirdik. Amma alınmadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib. 
 
Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Keşlə”nin qonağı olan “Kəpəz” 0:2 hesabı ilə uduzub. 
 
Matçdan sonra mətbuat konfransı keçirən Hüseynov bunları deyib: “Qarşıda Gəncədəki oyunumuz da var. İnanıram ki, futbolçular cavab matçında yaxşı oynayacaqlar. Kubok matçları iki oyundan ibarət olduğu üçün şanslar yenə bərabərdi”. 
 
- Dedimar Fereyra sarı vərəqə alaraq limiti doldurdu. Demək olar ki, qışdan sonra o və digər legionerlər komandada qalmayacaq?
- Oseqeyl zədəlidi. Samba Diallo isə məşq öncəsi zədələnmişdi. Buna görə oynamadılar.

Xəbər xətti