"Kəpəz" Türkiyəyə gedəcək

12:46 - 15 Dekabr 2017

Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıblar.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin tətil günləri gələn ilin yanvarın 4-nədək kimi davam edəcək. Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.

 

Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Ayın 13-nə kimi komanda “Dalğa Arena”da qalıb çalışmalarını da burda davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.

 

“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra komanda Türkiyəyə yollanacaq. “Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə komandası fevralın 2-nədək qardaş ölkədə olacaq.

Xəbər xətti