"Kəpəz" Rumıniya klubu ilə qarşılaşacaq

12:18 - 22 Dekabr 2017

"Kəpəz"in Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi George  Hacinin çalışdırdığı "Viitorul"la qarşılaşacaq. Bu barədə Rumıniya klubunun saytı məlumat yayıb. Görüşün başlama vaxtı barədə məlumat verilməyib.

 

Qeyd edək ki, "Viitorul" hazırda Rumıniya liqasında 34 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti