“Kəpəz” Türkiyənin Antalya şəhərində keçirəcəyi təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Gəncə klubunun rəqiblərindən 3-ü artıq məlumdur. Komandamız yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.
Xatırladaq ki, “sarı-göylər” gələn ilin yanvarın 17-dən fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək.
saytlarin hazirlanmasi