"Kəpəz" Cənubi Koreya komandası ilə qarşılaşacaq

11:56 - 15 Yanvar 2018

“Kəpəz”in Türkiyə toplanışı müddətində yoxlama oyunu keçirəcəyi sonuncu rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Antalyada Cənubi Koreyanın “Tedjon Sitizen” komandası ilə qarşılaşacaq. Oyun yanvarın 25-də keçiriləcək.

 

Xatırladaq ki, “Kəpəz” qardaş ölkədə dörd yoxlama görüşündə qüvvəsini sınayacaq. “Sarı-göylər” asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-də “Yagelloniya” (Belostok, Polşa) və 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.

Xəbər xətti