"Kəpəz" karyeramda yeni səhifədi. Burda mühüm tapşırığı yerinə yetirmək üçün yeni komanda yığılır".
Sportal.az xəbər verir ki, bu sözləri Gəncə klubunun yeni transferi Sergey Litoçenko deyib.
"Sarı-göylər" bu gün ukraynalı qolkiperlə müqavilə imzalayıblar. "Çərçivə qoruyucusu" ilyarım Gəncə təmsilçisinin uğurları üçün çalışacaq.
O, komandaya tez bir zamanda uyğunlaşmaq istədiyini bildirib: "Kluba yeni baş məşqçi gəlib və o, heyəti yenidən qurur. Komandaya yeni qoşulan futbolçulardan birincisi mənəm. Baş məşqçinin mənimlə çox maraqlanması seçimimdə mühüm rol oynadı. Azərbaycan mənim üçün yeni ölkədi, buna görə, buranın mənim və ailəm üçün nə qədər rahat olacağını gələcəkdə görəcəyik. Ümid edirəm ki, bura tezliklə uyğunlaşa biləcəyik”.
Qeyd edək ki, Litovçenkonun son klubu Tbilisi "Dinamo"su olub.
saytlarin hazirlanmasi