"Kəpəz" Türkiyəyə getdi

17:57 - 18 Yanvar 2018

“Kəpəz” çempionatın qış fasiləsi dövründə hazırlığın Bakı hissəsini başa vuraraq bu gün Türkiyəyə yollanıb.

 

Sportal.az xəbər verir ki, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq. “Kəpəz” qardaş ölkədə taktiki və texniki çalışmalar üzərində işləyəcək, həmçinin yoxlama oyunları keçirəcək.

 

Türkiyə toplanışı dövründə "sarı-göylər" Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Citizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq.
 

Nizami yurdunun təmsilçisi fevralın 2-də mövsümün ikinci hissəsinə hazırlığın əsas mərhələsini başa vuraraq vətənə dönəcək. 

Xəbər xətti