Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Cənubi Koreyanın “Daejeon Citizen” klubu ilə üz-üzə gəlib. Qarşılaşma "sarı-göylər"in minimal hesablı qələbəsiylə başa çatıb.
Bu, Yunis Hüseynovun yetirmələrinin Türkiyədə 2-cı sınağı olub. “Sarı-göylər” ilk yoxlama oyununda Rumıniyanın “Vitorul” klubuyla heç-heçə edib - 1:1.
Yoxlama oyunu
25 yanvar
16:00 Kəpəz (Azərbaycan) - Daejeon Citizen (Cənubi Koreya) 1:0
saytlarin hazirlanmasi