Hakimlər "Kəpəz"ə seminar keçdi

14:41 - 30 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasının üzvləri üçün hakimlər tərəfindən seminar keçirilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, seminarda eyni məqsədlə Türkiyədə olan ədalət təmsilçilərindən baş hakim İnqilab Məmmədov və yan xətt hakimi Mübariz Haşımov iştirak edib. 

 

Onlar oyun qaydaları barədə ətraflı məlumatlar verərək, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Mübahisə doğuran müxtəlif oyun epizodları ilə bağlı müzakirələr aparılıb.  

Xəbər xətti