"Zirə" Rusiya klubuna uduzdu

18:13 - 30 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın “Avanqard” klubu üz-üzə gəlib. Qarşılaşma Ayxan Abbasovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 
 
Qeyd edək ki, “Zirə” Türkiyədəki ilk yoxlama görüşündə Rumıniya təmsilçisi “Volentaru” üzərində (2:0) qələbə qazanıb.
 
Yoxlama görüşü
30 yanvar

 
“Zirə” (Azərbaycan) – “Avanqard” (Rusiya) - 0:3
QOLLAR:
İlnur Alşen, 5; Roman Minayev, 59; Aleksandr Tarapovski, 77 (pen.)

Xəbər xətti