Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bakılılar Antalyada daha öncə keçirdiyi oyunların hamısından məğlub ayrılıb: “SKA-Xabarovsk” (Rusiya, 1:8), “Konkordiya” (Rumıniya, 0:1), “Slaviya” (Bolqarıstan, 0:1), “Krılya Sovetov” (Rusiya, 0:2).
Yoxlama oyunu
30 yanvar
17:00. “Neftçi” – “Sileks” - 0:3
saytlarin hazirlanmasi