Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Yunis Hüseynovun çalışdırdığı Gəncə təmsilçisi Serbiyanın “Spartak” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, gəncəlilər Antalya toplanışı çərçivəsində daha öncə Rumıniyanın “Vitorul” (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” (1:0) və Polşanın “Yagelloniya” (1:8) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
31 yanvar
17:00. “Kəpəz” - “Spartak”
saytlarin hazirlanmasi