"Kəpəz" "Spartak"a qalib gəldi

19:21 - 31 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən “Kəpəz” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər" Serbiyanın “Spartak” klubuyla qarşılaşıb. Matç Yunis Hüseynovun yetirmələrinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, “Kəpəz” Türkiyə toplanışı çərçivəsində Rumıniyanın “Vitorul” (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” (1:0), Polşanın “Yagelloniya”ya (1:8) klubları ilə qarşılaşıb.

 

Yoxlama oyunu

31 yanvar

Kəpəz (Azərbaycan) - Spartak (Subotiça, Serbiya) 2:0

QOLLAR: İlkin Sadıqov, 25. Dario Federiko, 72.

Xəbər xətti