Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" ötən gün növbəti yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, komanda Rusiyanın "Anji" klubu ilə üz-üzə gəlib. Titanic Belek otelinin stadionunda keçirilən qarşılaşmada "Sumqayıt" 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Sumqayıt” ilk yoxlama görüşündə Makedoniya təmsilçisi “Akademiya Pandev” bərabərə (1:1) qalıb.
"Sumqayıt" - "Anji" - 0:1
saytlarin hazirlanmasi