Azərbaycan kubokunun finalı Gəncədə keçirilə bilər

16:09 - 2 Fevral 2018

Azərbaycan kubokunun 2017/18 mövsümünün final oyunu Gəncə şəhər stadionunda keçirilə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Qurum rəhbərinin sözlərinə görə, Gəncə stadionunda mövcud problemlər aradan qaldırılsa, kubokun həlledici matçı orada keçiriləcək:

 

"İki məkan üzərində dayanmışam. Bunlar Qəbələ və Gəncədir. Qəbələdə yarış keçirməyimiz işimizi çox asanlaşdırdı. İndi Gəncəyə də addım atmaq lazımdır. Onlar da futbolu sevirlər. Tək işıqlanma ilə bağlı problem var. Oturmaqla bağlı elə də ciddi narahatlıq yoxdur. Azarkeşlər ayaq üstdə də matçı izləyə bilərlər. İşıqlanma ilə vəziyyət may ayına qədər hazır düzəlsə, həlledici görüş Nizami yurdunda keçiriləcək. Əgər alınmasa, qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək".

 

Qeyd edək ki, Azərbaycan kubokunun final matçı mayın 28-də keçiriləcək.

Xəbər xətti