“Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda hazırlıq prosesinin 12-ci gününü bir məşqlə başa vurub. Saat 11:30-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər, qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. Məşqə iki tərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" sabah Türkiyədə son yoxlama oyununa çıxacaq. Komanda Serbiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi