Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” ötən gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda Serbiya təmsilçisi “Mladost”la qarşılaşıb. Matç "kimyaçılar"ın böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:4.
Xatırladaq ki, “Sumqayıt” əvvəlki yoxlama oyunlarını Rumıniyanın “Konkordiya” (0:1), Makedoniyanın “Akademiya Pandev” (1:1) və Rusiyanın “Anji” (0:1) klublarına qarşı keçirmişdi.
“Sumqayıt” – “Mladost” 0:4
saytlarin hazirlanmasi