Mövsümün ikinci hissəsinə hazırlaşan “Neftçi” bu gün yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışı zamanı 5 yoxlama görüşünün hamısında uduzan Tərlan Əhmədovun çalışdırdığı komanda 2018-ci ildə ilk qələbəsini qazanıb. "Ağ-qaralar" I Divizion təmsilçisi "Sabah"la görüşdə 1:0 hesablı qələbəyə sevinib. Yeganə qolu 65-ci dəqiqədə penaltidən Emin Mahmudov vurub.
saytlarin hazirlanmasi