"Kəpəz" Bakıda məşqlərə başladı

00:08 - 6 Fevral 2018

Türkiyə toplanışından qayıtdıqdan sonra iki gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri Bakıda məşqlərə başlayıblar. 

 

Sportal.az xəbər verir ki, komanda bu gündən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında çempionatın XV turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına start verib.

 

“Sarı-göylər” fevralın 9-na kimi BOS-da hazırlıq keçəcək. Gəncə klubunun oyundan öncəki son məşqi isə görüşün keçiriləcəyi stadionda olacaq.

Xəbər xətti