"Sumqayıt"ın "Zirə" hazırlığı VİDEO

01:15 - 7 Fevral 2018

Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” məşqlərini bərpa edib.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 16:00-da doğma meydanda məşqə çıxıb. Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması fevralın 10-u, saat 16:00-da start götürəcək.

 

Xəbər xətti