“Zirə” daha bir futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu Moldova milli komandasının üzvü Aleksandr Dedovla anlaşıb. Dedovla 1,5 illik müqavilə imzalanıb.
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov 28 yaşlı yarımmüdafiəçini məhz Azərbaycan-Moldova millilərinin yoldaşlıq görüşündə izləyib. Transferin son günə qədər yubanmasına səbəb Dedovun hazırkı klubu ilə danışıqları yekunlaşdıra bilməməsi idi. Nəhayət, bu danışıqlar müsbət yekunlaşıb və keçid baş tutub.
2012-ci ildən əsas milliyə dəvət alan və 43 görüşdə meydana çıxan yarımmüdafiəçinin karyerasının əsası Moldova liqasına bağlıdır. O, “Daçiya”, “Şerif”, “Zimburu”, “Tırqu Mureş” və son olaraq “Milsami”də oynayıb. Futbolçunun 3 mövsümü əhatə edən uğurlu “Ventsplis” karyerası da var. (Futbol11.az)
saytlarin hazirlanmasi