“Komandanın oyunundan razı qaldım. Futbolçularım yaxşı çıxış etdilər”.
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının XV turunda öz meydanında “Kəpəz”i qəbul edib. Azərbaycan meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:
- Məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Görüləcək işlərimiz çoxdu və növbəti oyunlara yaxşı hazırlaşmalıyıq.
- Mirabdulla Abbasov hər zaman oyuna sonradan daxil olur və qolunu vurur. Niyə onu oyunun startından meydanda görə bilmirik?
-Hücum xəttimizdə problem var. Mən həmişə demişəm ki, Mirabdulla 20-25 dəqiqə meydanda olmağı bacarır. Onun potensialı çox böyükdü, sadəcə, tənbəllik edir. Bu gün meydana daxil oldu və qolunu vurdu. Deməli, əvəzetmədə səhv etməmişdik.
- Aqil Məmmədov qışda komandaya cəlb olundu və bir neçə gün sonra ayrılıq qərarı verdi. Ayrılğın səbəbi nə idi?
- Kiminsə işinə xələl gətirmək istəmirəm. Mən komandaya futbolçu gətirəndə, söz vermirəm ki, əsas heyətdə oynayacaqsan. Bu suala yalnız belə cavab vermək istəyirəm.
- Yeni transfer Lukas Qomesin oyunundan razı qaldınız?
- Bütün komanda qalib gəlib. Onun potensialını bələdik və oyunundan razı qaldım. Qato və Lukas ilk oyununa çıxmışdı, həyəcan var idi. Dediyim ki, komandadan razı qaldım. (Futbol11.az)
saytlarin hazirlanmasi