“Bu gün meydanda yeni “Kəpəz” var idi. Komandanın oyunundan narazı qalmadım”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşçisi Yunis Hüseynov deyib. “Sarı-göylər” Topaz Premyer Liqasının XV turunda səfərdə “Neftçi”nin qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:
- “Neftçi”yə oynamaq üçün şans verdik, əks hücumlardan yararlanmağa çalışdıq. Əgər 20-ci dəqiqədə qol buraxsaydıq, təəssüflənməzdik. Amma son dəqiqələrdə qol buraxdıq, buna pis olduq. Düşünürəm ki, komandamız qarşıdakı oyunlarda nəticə verməyi bacaracaq.
- Dario Fredrikonun transfer vərəqəsini bu günə qədər niyə ala bilməmişdiniz?
- Bizdən asılı olan iş deyil. Koreya klubu onun transfer vərəqəsini səhv göndərmişdi, onu yeniləmək lazım idi. Əfsuslar olsun ki, oyuna qədər məsələni həll edə bilmədik. Əgər Dario oynasaydı, nəticə başqa cür ola bilərdi.
- Dieqo Souzanın artıq çəksinin olduğu hiss olunur. Bu fikirlə razısınz?
- Artıq çəkisi yoxdu. Hər gün çəkini yoxlayırıq. Kimin artıq çəkisi olsa, onu cərimələyəcəyik. Təlim-məşq toplanışı başlayandan çəkini yoxlayırdıq. Sadəcə, onun bədən quruluşu belədi.
- Yeni transferlər komandanın gücünə güc qata biləcəklər?
- Əlbəttə, güc qatacaqlar. Bu, mənim yığdığım komandadı. Mənə elə gəlir ki, pis təsir bağışlamayacağıq.
- Reqlamentə görə, çempionatda 8-ci pilləni tutan komanda aşağı liqaya düşməlidi. Ancaq ola bilsin, növbəti mövsümdən Premyer Liqada komanda sayı artırılsın və 8-ci pilləni tutan komanda yüksək liqada qalsın...
-Yaxşı sualdı. Siz bunu məndən daha yaxşı bilirsiniz. Mən məşqçiyəm, "Kəpəz"ə cavabdehəm və xal toplamağa çalışıram. Amma mən bu məsələ haqda nəsə deyə bilmərəm. (Futbol11.az)
saytlarin hazirlanmasi