Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
ÇL-in son finalçısı “Yuventus” “Tottenhem”i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Günün digər qarşılaşmasında isə “Bazel” doğma meydanında “Mançester Siti” ilə üz-üzə gəlib və 0:4 hesablı məğlubiyyət acısı yaşayıb.
Hər iki cütlüyün cavab görüşü martın 7-də keçiriləcək.
13 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 2:2
Qollar: İquain, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72
“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) - 0:4
Qollar: İlkay Gündoğan, 14, 53, Silva, 18, Aquero, 23
saytlarin hazirlanmasi