"Sumqayıt"ın sabiq futbolçusu Ərdal Çəlik karyerasını başa vurub.
Sportal.az saytı xəbər verir ki, 30 yaşlı müdafiəçi ağır zədə səbəbindən bu qərarı verməyə məcbur olub. Son klubu Almaniyanın aşağı liqa təmsilçisi "Vixttal" olan futbolçu bundan sonra məşqçi kimi işləyəcəyini deyib:
"Karyerama davam etmək istəyirdim. Ancaq həkimlər oynamaq üçün icazə vermədilər. Uşaqları yetişdirmək üçün məşqçi olmaq istəyirəm".
Almaniya mətbuatında qeyd edilən məlumata görə, 2012-ci ildə "Bucaspor"dan "Sumqayıt"a transfer edilən müdafiəçi Azərbaycan milli komandasında oynamaq üçün "gənclik şəhəri" təmsilçisinə keçib. Ancaq Çəlikin "Sumqayıt" karyerası uğurlu alınmayıb. O, cəmi 2 oyun keçirib.
saytlarin hazirlanmasi