"Yuventus"un hücumçusu Qonsalo İquain rekorda imza atıb.
Sportal.az xəbər verir ki, onun rekordu Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem"lə oyunda (2:2) qeydə alınıb.
Argentinalı futbolçu ÇL-də ən erkən dubla imza atmış futbolçu olaraq tarixə düşüb. O, 2 və 9-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Qollar arasında 8 dəqiqə 7 saniyə fərq olub.
Qeyd edək ki, əvvəlki rekord 8 dəqiqə 30 saniyə ərzində 2 qol vurmuş "İnter"in futbolçusu Xulo Krusa məxsusdur. O, 2006-cı ildə "Spartak" la oyunda fərqlənib.
saytlarin hazirlanmasi