PSJ-nin prezdenti Nasser Əl-Xələfi ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Real"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin başqanı qarşılaşmanın baş hakimi Canluka Rokkinin idarəçiliyindən narazı qalıb:
"Hakim öz işini düzgün yerinə yetirsəydi, nəticə başqa cür ola bilərdi. Haqsız nəticədir. İkinci hissədə daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Mbappe oyundankənar vəziyyətdə deyildi. Hakim səhvləri bizə baha başa gəldi. Hakim "Real"a kömək etdi. Ötən il "Barselona" ilə oyunda da hakim səhvlərinə görə mübarizəni dayandırmışdıq. Artıq UEFA nəsə fikirləşməlidir".
Qeyd edək ki, cütün cavab oyunu martın 6-da keçiriləcək.
saytlarin hazirlanmasi